Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
10:39
511
Süni intellekt texnologiyaları dövlət qurumlarının informasiya sistemlərində kibertəhdidlərin daha erkən mərhələdə aşkarlanmasına və təhlükəsizlik insidentlərinə daha səmərəli reaksiya verilməsinə imkan yarada bilər.
"APA-Economics" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, süni intellekt təşkilatlara təhlükələri daha tez aşkarlamağa, təhlükəsizlik zəifliklərini prioritetləşdirməyə və insidentlərə daha səmərəli cavab verməyə kömək edə bilər.
Aİ rəsmisi qeyd edib ki, dövlət qurumlarının informasiya sistemlərində adi iş saatlarından kənar qeyri-adi girişlər, şübhəli məlumat ötürülməsi və ya çoxsaylı uğursuz giriş cəhdləri qeydə alındıqda süni intellekt həmin hadisələri təhlil edərək təhlükəsizlik qrupuna xəbərdarlıq göndərə bilər. Bundan sonra mütəxəssislər xəbərdarlığı yoxlayaraq zəruri tədbirlər görə bilərlər.
Məryəm Hacı-İsmayılova vurğulayıb ki, süni intellekt sistemlərinin xəbərdarlıqları hər zaman düzgün olmaya bilər.
Onun sözlərinə görə, təşkilatlar avtomatlaşdırılmış təhlili insan ekspertizasını əvəz edən deyil, onun imkanlarını gücləndirən vasitə kimi qiymətləndirməlidirlər.
O əlavə edib ki, sistemlərin nəticələri yoxlanmalı, kritik qərarlar üzrə məsuliyyət bölgüsü müəyyən edilməli və insident zamanı alternativ müdafiə mexanizmləri işlək vəziyyətdə saxlanmalıdır.
11:13
322
11:06
399
11:05
343