Moldova XİN Ukraynaya etiraz notası göndərilməsi barədə xəbərləri təkzib edib Dünya

Moldova XİN Ukraynaya etiraz notası göndərilməsi barədə xəbərləri təkzib edib

MoldaXarici İşlər Nazirliyi (XİN) hərbi xidmətdən yayınan şəxsin təqibi zamanı sərhədin pozulması ilə bağlı Ukraynaya etiraz notası göndərilməsi barədə məlumatları təkzib edib.

Xalqcebhesi.az -ın məlumatına görə, Xarici siyasət idarəsi parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədri Lilian Karpın bəyanatını təkzib edərək bildirib ki, sözügedən insidentin araşdırılması etiraz notasının ünvanlanmasını nəzərdə tutmayıb. Nazirlikdən vurğulanıb ki, müvafiq məsələlər səlahiyyətli qurumlar arasında təsisatdaxili rabitə kanalları vasitəsilə müzakirə olunur.

Qeyd edək ki, millət vəkili Lilian Karp "Radio Moldova"nın efirində Ukrayna sərhədçilərinin Dnestr çayında hərbi xidmətdən yayınan şəxsi təqib edərkən sərhədi qanunsuz keçməsinə cavab olaraq Kişinyovun Kiyevə etiraz notası göndərdiyini iddia etmiş və bunun ciddi qayda pozuntusu olduğunu bildirmişdi.

Məryəm Quliyeva