Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
10:31
693
ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə elan olunmamış səfər edərək Baş nazir Binyamin Netanyahu ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Pentaqon və İsrailin Vaşinqtondakı səfirliyi səfərlə bağlı şərh verməkdən imtina etsələr də, Heqset sosial şəbəkələrdə Yaxın Şərqi əhatə edən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına baş çəkdiyini təsdiqləyib.
Bu səfər ABŞ Prezidenti Donald Trampın İsraildə keçiriləcək parlament seçkilərində Netanyahunu açıq şəkildə dəstəkləməsindən bir gün sonraya təsadüf edib. Rəy sorğularına əsasən, Baş nazirin koalisiyasının parlamentdə çoxluğu itirmək riski var.
Trampdan fərqli olaraq, ABŞ-nin vitse-prezidenti Cey Di Vens heç bir namizədi dəstəkləməkdən imtina edib. O, İsrailin daxili seçkilərinə qarışmaq niyyətində olmadığını və diqqətini ABŞ-dəki aralıq seçkilərinə yönəltdiyini bildirib.
Məryəm Quliyeva