Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
10:34
441
İctimaiyyət üçün açıq süni intellekt alətlərindən nəzarətsiz istifadə və həssas məlumatların xarici platformalara ötürülməsi informasiya təhlükəsizliyi baxımından əlavə risklər yaradır.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, bulud xidmətlərindən və üçüncü tərəf təchizatçılarından asılılıq, eləcə də süni intellekt sistemlərinin məlumatları necə toplaması, emal etməsi və saxlaması ilə bağlı qeyri-müəyyənliklər əlavə təhlükəsizlik riskləri formalaşdırır.
Allahverən İsmayılov vurğulayıb ki, süni intellektin tətbiqi informasiya təhlükəsizliyindən kənarda qəbul edilə biləcək ayrıca texnoloji qərar deyil.
“Bu, təşkilatın idarəetmə modelinə, risklərin qiymətləndirilməsinə, məlumatların mühafizəsinə birbaşa təsir göstərən strateji məsələdir”, – deyə o bildirib.
Rəis müavini əlavə edib ki, dövlət qurumlarında süni intellektlə əlaqəli risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
11:13
322
11:06
399
11:05
343