Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
10:35
441
Avropa İttifaqı süni intellekt sistemlərinin yaratdığı risklərə uyğun hüquqi öhdəliklər müəyyənləşdirən tənzimləmə mexanizmləri tətbiq edir.
"APA-Economics" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı süni intellekt və kibertəhlükəsizlik sahəsinə iki əsas istiqamətdə yanaşır.
Bunlardan birincisi 2024-cü ildə qəbul edilən Avropa İttifaqının Süni İntellekt Aktı (AI Act) vasitəsilə risklərə əsaslanan tənzimləyici çərçivənin yaradılmasıdır.
İkinci istiqamət isə çıxışda qeyd edilən, 2026-cı ilin iyulunda təqdim olunmuş kibertəhlükəsizlik və süni intellekt üzrə fəaliyyət planı vasitəsilə Avropanın müdafiə və dayanıqlılıq imkanlarının gücləndirilməsidir.
Məryəm Hacı-İsmayılova bildirib ki, 2024-cü il avqustun 1-də qüvvəyə minən Süni İntellekt Aktı könüllü korporativ qaydalardan kənara çıxaraq süni intellekt sistemlərinin yaratdığı risklərə uyğun hüquqi öhdəliklər müəyyən edir.
Onun sözlərinə görə, əsas prinsip ondan ibarətdir ki, süni intellekt sisteminin insan hüquqlarına, sağlamlığa və təhlükəsizliyə potensial təsiri nə qədər böyükdürsə, onun istifadəsinə dair tələblər də bir o qədər ciddi olur.
Aİ rəsmisi qeyd edib ki, Avropa İttifaqı təhlükəsiz, dayanıqlı və insan mərkəzli süni intellekt ekosisteminin yaradılması istiqamətində qlobal standartların formalaşdırılmasına çalışır.
11:13
322
11:06
399
11:05
343