Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
10:36
448
Rəqəmsal mühitdə kibertəhdidlərin sərhəd tanımaması beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
O qeyd edib ki, süni intellektin yaratdığı təhlükəsizlik çağırışlarının həlli yalnız milli səviyyədə görülən tədbirlərlə məhdudlaşa bilməz.
“Çünki rəqəmsal mühitdə təhdidlər sərhəd tanımır. Bu baxımdan beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi, müasir yanaşmaların tətbiqi və ortaq risklərə qarşı əlaqələndirilmiş fəaliyyət kiberdayanıqlılığın əsas şərtlərindəndir”, – deyə Allahverən İsmayılov vurğulayıb.
Rəis müavini bildirib ki, VIII Zirvə Toplantısı süni intellektlə bağlı risklərin informasiya təhlükəsizliyi və risklərin idarə olunması mexanizmlərinə inteqrasiyasının müzakirəsi üçün mühüm platformadır.
Allahverən İsmayılov toplantının təşkilində tərəfdaşlığa görə Avropa İttifaqına, Estoniyanın Elektron İdarəetmə Akademiyasına və “Insight Advisory” şirkətinə təşəkkürünü bildirib.
O, bu əməkdaşlığı informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ortaq səylərin nümunəsi kimi qiymətləndirib.
11:13
322
11:06
399
11:05
343