Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
10:28
455
Bakıda “Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: süni intellekt dövründə dəyərlər və təhlükəsizlik” mövzusunda VIII Zirvə Toplantısı keçirilir.
"APA-Economics" xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Məlumata görə, toplantıda dövlət qurumlarının nümayəndələri, informasiya təhlükəsizliyi sahəsində rəhbər şəxslər, mütəxəssislər və beynəlxalq ekspertlər iştirak edirlər.
Tədbirdə süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi, bu sahədə yaranan yeni imkanlar və kibertəhlükələr, məlumatların idarə olunması, eləcə də süni intellektlə bağlı risklərin müəyyənləşdirilməsi və idarə edilməsi məsələləri müzakirə olunur.
Zirvə Toplantısında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və süni intellektin yaratdığı risklərə qarşı dayanıqlı mexanizmlərin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
11:13
322
11:06
399
11:05
343