İran və İsrail qırıcıları İraq və Suriya səmasında qarşı-qarşıya gəlib Dünya

İran və İsrail qırıcıları İraq və Suriya səmasında qarşı-qarşıya gəlib

İraq və Suriya hava məkanında İran və İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin aktiv fəaliyyəti qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, İsrail təyyarələri Suriyanın hava məkanından istifadə edərək İrandakı hədəflərə zərbələr endirib. Öz növbəsində, İran qırıcıları İraqla sərhədi keçərək qarşıdurma və müqavimət manevrləri həyata keçiriblər.

Paralel olaraq, ABŞ-nin müdafiə naziri Pit Heqset İrana və Yəməndəki husilərə qarşı hərbi əməliyyatların mümkün bərpasını müzakirə etmək məqsədilə İsrailə səfər edib.

Məryəm Quliyeva