Türkiyədə mafiya üzvü olan 7 azərbaycanlı tutulub Hadisə

Türkiyədə mafiya üzvü olan 7 azərbaycanlı tutulub

Saxlanan şəxslərdən biri cinayətkar aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiqdir

Türkiyədə 7 azərbaycanlı şəxs saxlanılıb. Onlar Türkiyə polisini öldürməkdə günahlandırılır.
APA TV-nin Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbərinə görə, hadisə ötən gün Ədirnənin Keçmiş İstanbul küçəsində baş verib. Rusiya dövlət nömrə nişanlı avtomobildə olan bir qrup şəxslə Türkiyə nömrə nişanlı avtomobildə olan başqa bir qrup arasında silahlı qarşıdurma olub. Təsadüfən hadisə yerində olan və hadisəyə müdaxilə etmək istəyən Ədirnə Polis İdarəsinin polisi Hüseyn İmrak ürəyindən yaralanıb. Ədirnə Dövlət Xəstəxanasına çatdırılan Hüseyn İmrakı xilas etmək mümkün olmayıb. Hadisəylə bağlı Ədirnədə 7, Təkirdağın Çorlu rayonunda 6 və İstanbul Şişlidə 1 nəfər olmaq ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. 14 nəfərin hər biri tibbi müayinədən keçirib. "Haber3"-ün məlumatına görə, Hüseyn İmrakı vuran Azərbaycan əsilli şübhəli şəxs isə axtarışdadır. Ədirnə valisi Dursun Əli Şahin hadisəninin azərbaycanlı, rus və gürcü mafiya qruplarının hesablaşması olduğunu bildirib.
Ədirnədə "qanuni oğrular"ın toplantısı zamanı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmağın öldürülməsinin bəzi təfərrüatları məlum olub. APA TV-nin Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, hadisə ilə bağlı saxlanan şəxslərdən biri cinayətkar aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiqdir.
"Əski İstanbul" prospektindəki otellərdən birinin dayanacağında baş verən atışmada bir tərəfdən "Rıjiy Albert" və "Zaur Naxçıvanskiy" ləqəbli avtoritetlər, digər tərəfdən isə Namiq, "Lyoxa İrkutskiy", "Beso Rustavskiy" ləqəbli "qanuni oğrular" iştirak ediblər. Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün "Alber Rıjiy"I Türkiyəyə "sxodka"ya çağırıb. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək "Beso" və "Lyoxa"nı qiyabi olaraq totullarından məhrum edib. Bundan sonra "qanuni oğrular" Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər. Albert əvvəlcə Yunanıstana, sonar Misirə gələcəyini vəd etsə də, dediyi ünvanlara getməyib. Opponentləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert "Düşmənimin (Quli) düşməni (Rövşən) mənim dostumdur" prinsipi ilə kömək üçün "Rövşən Lənkəranskiy"ə müraciət edib və Rövşən kömək göstərməyə razılıq verib.
Albert Ədirnəyə "Rövşən Lənkəranski"nin ad verdiyi Zaurla gedib. Ədirnədə onları "Beso", "Lyoxa" və Namiq qarşılayıb. Onlar dərhal Albertdən izahat tələb ediblər. O suallara cavab verə bilmədiyinə görə artıq "qanuni oğru" olmadığı elan edilib və döyülüb. Şahidlər Albertin kömək üçün polis çağırdığını bildiriblər. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olduğu müəyyənləşib. Rusiya mətbuatı "Albert Rıjiy"in fürsətdən istifadə edərək hadisə yerindən qaçdığını yazır.
Qeyd edək ki, hadisə ilə bağlı Ədirnədə 7, Təkirdağın Çorlu rayonunda 6 və İstanbul Şişlidə 1 nəfər olmaqla ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. "Haber3"ün məlumatına görə, Hüseyn İmrakı vuran Azərbaycan əsilli şübhəli şəxs isə axtarışdadır.