Sevinc Babayevanın oğlu azadlıqdan məhrum edilib Hadisə

Sevinc Babayevanın oğlu azadlıqdan məhrum edilib

Dünən Binəqədi rayon Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işində adı keçən Sevinc Babayevanın oğlu Məmmədov Ayxan Eldar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Taleh Kərimovun sədrlik etdiyi prosesdə A.Məmmədova hökm oxunub. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.