Dövlət Komitəsi FHN-lə birgə təlimlər keçirib Hadisə

Dövlət Komitəsi FHN-lə birgə təlimlər keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Zaqatala rayonunda təlimlər keçirib.
AQUPDK-dən APA-ya verilən məlumata görə, təlimlərdə komitənin Regional mərkəzlərlə iş şöbəsinin, Komitə nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, FHN-in əməkdaşı, Kənd Ərazi nümayəndəliyinin üzvləri iştirak ediblər.
Təlimdə ekstremal situasiyalarda insanların davranış reaksiyaları və onların psixi sağlamlığının qorunması məsələlərindən danışılıb, psixoloji məsləhətlər verilib. FHN-in əməkdaşı tərəfindən nazirliyin fəliyyəti ilə bağlı video-çarx və fövqəladə hallarda təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı prezentasiya nümayiş olunub, zəlzələ və digər ekstremal situasiyalarda, eləcə də fərdi təhlükəsizlik qaydaları haqqında geniş təlimat verilib.