“İctimai təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən biri...“ Hadisə

“İctimai təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən biri...“

"İinsan alverinin qarşısının alınması və bu növ cinayətlərlə mübarizənin daha da gücləndirilməsidir

"Öləmizdə ictimai təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən biri insan alverinin qarşısının alınması və bu növ cinayətlərlə mübarizənin daha da gücləndirilməsidir". "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyindən verilən məlumatda belə deyilir: "Azərbaycan Respublikasında bu sahədə mükəmməl qanunvericilik bazası və bu problemin həllinin dövlət orqanları tərəfindən kompleks şəkildə həyata keçirilməsini təmin edə biləcək dövlət proqramı mövcuddur. DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə apardığı əməli tədbirlər xüsusi ilə diqqətəlayiqdir. Vaxtaşırı sözügedən dövlət qurumunun məcburi əmək, qanunsuz daşınma, cinsi istismar, uşaq əməyinin istismarı və s. bu kimi cinayətlərin aşkarlanması və cinayətkarların məsuliyyətə cəlb olunması sahəsində gördüyü işlər cəmiyyətdə rəğbətlə qarşılanır və dəstəklənir. İnsan Alveri ilə bağlı hətta ən kiçik faktlar və hüquq pozuntuları belə Baş İdarənin cəsur və sayıq əməkdaşlarının gözündən yayınmır. Bu günlərdə Baş İdarənin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Şamaxı rayonu Dədə Günəş kəndinin ərazisində yerləşən "Göy Qurşağı" istirahət mərkəzində rayon sakini Hüseynbaba Abdullayevin əxlaqsızlıq yuvası saxlaması və Hacıqabul rayon sakini Əmrah Kazımovun Novxanı qəsəbəsinin ərazisində yerləşən "Duz-gölü" kafesində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib".

Əli