Jurnalistlər üçün müsabiqə Hadisə

Jurnalistlər üçün müsabiqə

Paralimpiya Komitəsi Azərbaycan Mətbuat Şurası ilə birgə fərdi jurnalist yazıları müsabiqəsini elan edir

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azərbaycan Mətbuat Şurası ilə birgə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edir

Müsabiqənin məqsədi

Azərbaycan Respublikasında paralimpiya hərəkatı, paralimpiya dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, yuxarıda qeyd olunan sahələrdə əldə olunan mühüm irəliləyişlər barədə ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.

Müsabiqənin mövzuları:

- Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası;

- Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət.

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və hüquqi şəxs kimi fəaliyyət göstərən internet informasiya saytlarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılar üçün tələblər

- Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır;

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;

- İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər;

- Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir;

Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən saytlar;

Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan saytlar (1 il müddətində);

- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış saytlar (6 ay müddətində).

- Dərc olunmuş yazıda “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir” qeydi göstərilməlidir;

- Yazıların həcmi 9-11 min işarədən çox olmamalıdır.

Yazıların qəbul qaydaları:

Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə;