İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
11 İyun 2019 14:17
1 491
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsi çərçivəsində Sabunçu rayonundakı 72 saylı tam orta məktəbdə 10.06.2019-cu ildə dəyirmi masa keçirilib. Öncə 72 saylı məktəbin direktoru Fərqanə Abbasova çıxış edərək Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir.
“Xaricdə təhsil alan gənclərin diaspor quruculuğundakı rolu” mövzusunda keçirilən tədbirdə Fuad Hüseynzadə xaricdə təhsil alan və yaşayan gənclərimizin aktiv ictimai-siyasi fəaliyyəti, xaricdəki gənclərimiz Azərbaycan həqiqətlərini çatdırmağa təşviq edilməsi haqqında ətraflı danışıb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədr müavini Əli İbrahimov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir: “Xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib”. Sonda şagirdlərin sualları cavablandırılıb.