
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
İyunun 15-i, Milli Qurtuluş Günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 15-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.