Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
5 İyul 2019 11:09
3 248
Dünən “Azərkitab” kitab təbliğatı mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin təşkil etdiyi “Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib.
Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri, layihə rəhbəri Anar Yusifoğlu həyata keçirdikləri layihə barəsində danışıb.
A.Yusifoğlu rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə bir neçə layihə reallaşdırdığını qeyd edib.
Daha sonra Birliyin icraçı direktoru Günel Səfərova layihənin məqsədləri haqda danışaraq, bu istiqamətdə regionlarda, xüsusilə cəbhəyanı bölgələrdə görülən işlərdən ətraflı bəhs edib.
Millət vəkili Hikmət Babaoğlu cəbhəyanı bölgələrdə yaşayan uşaqların ciddi psixoloji dəstəyə ehtiyacı olduğunu deyib.
Müzakirələrə qatılan digər natiqlər də haqqında danışılan layihənin əhəmiyyətini vurğulayaraq, fikir və təkliflərini səsləndiriblər.
Tədbiri yekunlaşdıran Günel Səfərova irəli sürülən təkliflərin dəyərləndiriləcəyini və icra olunan layihənin əhatə dairəsini daha da genişləndirməyə çalışacaqlarını diqqətə çatdırıb.
25 Oktyabr 16:43
1 183
25 Oktyabr 13:34
1 295
25 Oktyabr 10:48
1 526