Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
7 Avqust 2019 16:03
3 276
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2019/2020-ci tədris ilində yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir. UNEC-dən bildirilib ki, qəbul maliyyə, mühasibat uçotu və audit, menecment, maliyyə işi (orta ixtisas təhsili bazasında), mühasibat uçotu (orta ixtisas təhsili bazasında) ixtisasları üzrə aparılır. 2019/2020-ci tədris ilindən UNEC-də yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” əsasında distant formada həyata keçiriləcək.
Sənəd qəbulu ancaq elektron qaydada həyata keçirilir. Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda yenidənhazırlanma təhsili almaq hüququnu qazanırlar. Yenidənhazırlanma təhsilinə müraciət üçün kabinet.unec.edu.az linkinə daxil olmaq lazımdır. Sənəd qəbulu oktyabrın 15-dək aparılacaq. Təhsil Azərbaycan dilindədir. Tədris müddəti 1 ildir.
Xatırladaq ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə yenidənhazırlanma təhsili ala bilərlər.
15 Noyabr 16:55
1 064
14 Noyabr 19:54
1 582
14 Noyabr 19:10
1 701