Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
8 Avqust 2019 16:58
1 967
Xəzər donanmasının mütəxəssisləri Azərbaycanın qəzaya düşən MiQ-29 təyyarəsinin axtarışlarında iştirak edəcəklər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev deyib. O, Xəzər donanmasının qəza-xilasetmə dəstələrinin mütəxəssislərinin artıq MiQ-29-un qalıqlarının axtarışlarına göndərildiyini bildirib.
Astafyev Azərbaycana dəstək üçün “Anatoli Qujvin” kiçik hidroqrafik gəminin, SB-45 yedək gəmisinin, çoxfunksiyalı mobil komplekslərlə komplekt edilmiş MMK-1-100 gəmisinin və 50 nəfərlik şəxsi heyətin Azərbaycana yardım üçün göndərildiyini bəyan edib. O həmçinin axtarışlara Falkon, Super QNOM Pro sualtı aparatlarının da cəlb edilməsinin planlaşdırıldığını qeyd edib.
Donanmanın 600 kvadrat kilometrlik və 40 metrlik dərinlikdə axtarışlar aparacağı, eləcə də axtarışlara 2 sutka sonra qoşulacağı vurğulanıb.
10:39
931
15 May 18:39
1 393
15 May 18:37
1 302