Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
4 Sentyabr 2019 17:00
1 736
Bu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu çərçivədə sentyabrın 3-də AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) elmi-praktiki seminar təşkil edilib. Tədbiri giriş sözü ilə ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov açaraq 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı ölkə Prezidentinin Sərəncamının əhəmiyyətini qeyd edib. Bildirib ki, İmadəddin Nəsimi çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şair olub. Onun zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
F.Əzizov çıxışında ustad şairin zəngin ədəbi irsinin öyrənilməsində elmi müzakirələrin, seminarların önəmli rol oynadığını vurğulayıb. Daha sonra mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, professor Firədun İbrahimov “İslam və “insanın mükəmməlliyi – aliliyə çatması” paradiqmasına dayanan baxışlar” mövzusunda məruzə ilə çıxış edib.
Diskussiya şəraitində davam edən tədbirdə Nəsiminin həyat və fəaliyyəti, bədii yaradıcılığı, dini-fəlsəfi görüşləri geniş müzakirə edilib. Müzakirələrdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov, dissertant Elşən Abdurahmanov və digərləri iştirak ediblər.
15 Noyabr 16:55
1 624
14 Noyabr 19:54
2 058
14 Noyabr 19:10
2 205