Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
1 Oktyabr 2019 14:09
2 233
Bu ilin sonunadək “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsi çərçivəsində paytaxtın mərkəzindəki bütün yaşayış binalarını genişzolaqlı xidmətlərlə təmin edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, hazırda “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda rekonstruksiya işlərinə başlanılıb və mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi prosesi həyata keçirilir. Tezliklə qoruqdakı mənzillərin və qeyri-yaşayış sahələrinin optik xətlər üzərindən yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanacaq.
Layihənin tətbiqi zamanı xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə aparılır.
Eyni zamanda, “AzEuroTel” telekommunikasiya operatorunun xidməti ərazisinə daxil olan paytaxtın mərkəzi küçələrində də köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkənin təşkili işləri davam edir. Ümumilikdə ilin sonunadək “AzEuroTel” MMC tərəfindən beş mindən yuxarı mənzildə yenilənmə işləri başa çatacaq və sakinlərin mərhələli şəkildə optik şəbəkəyə çıxışı təmin ediləcək.
Hazırda Bakı şəhəri üzrə 60 minədək mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, paytaxtın Yasamal, Xətai və Nizami, Qaradağ və Suraxanı rayonlarında rekonstruksiya işləri aparılır.
Qeyd edək ki, “Evədək optika” layihəsi “GPON (Gigabit Passive Optical Network)” texnologiyası əsasında tətbiq edilir. Texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadə imkanı verir. Bu baxımdan “Baktelecom” abunəçilərin texnologiyanın üstünlüklərindən yararlanmasına və sərfəli şərtlərlə yeni “1 xətt 3 xidmət” paketinə qoşulmasına imkan yaradır.
15 Noyabr 16:55
1 127
14 Noyabr 19:54
1 617
14 Noyabr 19:10
1 743