Xəzərdə zəlzələ oldu Hadisə

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 11:45-də qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 27 km olub.