Universitetlərdə qeydiyyat vaxtı avqustun 22-dək uzadıldı Hadisə

Universitetlərdə qeydiyyat vaxtı avqustun 22-dək uzadıldı

Tural

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 8-dən aparılır. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, avqustun 22-dək uzadılıb. TQDK-nın məlumatına görə, ali məktəblərə əsas yerləşdirmədə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.