Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
12 Dekabr 2019 15:22
1 967
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
BXA-dan bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ümummilli lider Heydər Əliyevin zəngin ömür yolundan və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Rektor qeyd edib ki, Azərbaycan mədəniyyətinin davamlı inkişafı Ulu Öndərin siyasi fəaliyyətinin mühüm tərkib hissəsi olub və xüsusi əhəmiyyət kəsb edib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edərək, bu sahədə misilsiz xidmətlər göstərib.
Professor vurğulyıb ki, azərbaycançılıq ideologiyası Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır. Heydər Əliyev bütün ömrü boyu məhz bu müqəddəs və ali məqsədə nail olmaq üçün çalışırdı. O, bu yolda bədii ədəbiyyatımızın, incəsənətimizin və bütövlüklə mədəniyyətimizin böyük imkanlarına əzmlə güvənirdi.
Sonra Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova, dekan müavini, Əməkdar artist Eteri Cəfərova, Sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıxov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Çingiz Bağırov, Tələbə Elmi Cəmiyyətinin sədr müavini Sabrina Cavadzadə Ulu Öndərin mədəniyyət və incəsənət, o cümlədən elm və təhsil sahələrinin inkişafındakı rolu barədə çıxışlar ediblər.
15 Noyabr 16:55
1 064
14 Noyabr 19:54
1 582
14 Noyabr 19:10
1 708