“Şanxay” ərazisində söküntü gündəmdədir – QSC sədri Hadisə

“Şanxay” ərazisində söküntü gündəmdədir – QSC sədri

Evləri elə yerdə tikmək lazımdır ki, sonra onları sökmək lazım gəlməsin. Elektrik xətlərinin altında, dəmir yollarının qırağında evlərin tikilməsi ən azı vətəndaşların özləri üçün təhlükəlidir.
Bunu keçiridiyi mətbuat konfransında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.
Bakının “Şanxay” adlanan ərazisində evlərin sökülməsi ilə bağlı danışan C.Qurbanov qeyd edib ki, belə yerlərdə evlər sökülən zaman razılıq əldə etmək çətin olur:
“10 kvadratmetr yerə 20 verirsən, razı olmur, 50 kvadratmetlik yerə 100 verirsən, razı olmur. Birdən-birə bütün problemlərini həll etmək istəyirlər. Nə vaxtsa dəmir yollarının üzərində hansısa məmurun günahı üzündən yerləşiblər. İndi problem yaranır. “Şanxay” adlanan ərazinin sökülməsi barədə də düşünülür. Nə vaxt olacağını deyə biılmərəm. Amma çalışırıq ki, həll edək”.