Niderland XİN-in İdarə rəhbəri Bakıda əməkdaşlığın daha da dərinləşdirilməsini müzakirə edib
AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzalayıb
“Azərbaycan Mərkəzi Asiya üçün “təhlükəsiz koridor” funksiyasını yerinə yetirir”
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
18 Dekabr 2019 14:31
1 694
Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar vasitə ilə göstərilməsi modelinin tətbiqinə başlamaq istəyirik. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, Azərbaycanın demək olar ki, bütün bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir: "Onlara təxminən 1500 şəxs cəlb olunub. İl ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir. Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb. Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda sosial infrastrukturu da gücləndirək".
A.Kərimov qeyd edib ki, sosial müəssisələr vasitəsilə il ərzində təxminən 15 min vətəndaşa stasionar xidmət göstərilir. Eyni zamanda sosial müəssisələrdə 1000-dən artıq sağlamlıq imkanları məhdud və ahıl vətəndaşlar var.