Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
19 Dekabr 2019 16:38
3 304
14:38
Oğlum haqqında yayılan xəbərlərin əsası yoxdur. Bu informasiyanı bizi gözü götürməyənlər qəsdən mediaya ötürüb.
Bu sözləri Axar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva oğlunun həbsi ilə bağlı yayılan xəbərlər haqda deyib. O bildirib ki, hazırda oğlu Fariz İxtiyar oğlu Ağayev öz işini davam etdirir:
“Oğlum fərdi təsərrüfatla məşğul olur və hazırda öz işinin başındadır. Həmçinin bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb”.
Qeyd edək ki, bu gün Sabirabad rayon sakini Fariz İxtiyar oğlu Ağayevin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanıldığı və onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlandığı barədə məlumat yayılıb. Xəbərdə bildirilir ki, F.Ağayev həm də dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə üzvlüyünə namizəddir.
Məlumat rəsmi qurumlar tərəfindən təkzib edilməyib.
10:39
1 036
15 May 18:39
1 421
15 May 18:37
1 316