Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
20 Dekabr 2019 16:07
1 848
Dekabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda bir qrup şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər verilib. Mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi qayğısının bir təzahürü kimi, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib, bu il isə həmin kateqoriyalardan olan vətəndaşlara ötənilkinə nisbətən 50 faiz çox, yəni 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan böyük əksəriyyəti artıq verilib. Təqdim edilən mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
İmtiyazlı kateqoriyadan olan vətəndaşların nazirlik tərəfindən avtomobillə təminatında da mühüm addımlar atılır. 2018-ci ildə onlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi nəzərdə tutulub və indiyədək onlardan da 500-ə yaxın avtomobilin verilməsi artıq təmin edilib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara indiyədək 6465 minik avtomobili verilib.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıdan, şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatının daim gücləndirilməsindən razılıqla bəhs edib, bu istiqamətdə atılan mühüm addımlara, bu gün isə yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
15 Noyabr 16:55
1 127
14 Noyabr 19:54
1 617
14 Noyabr 19:10
1 743