Rusiya-Ukrayna müharibəsində itkin düşmüş Ağdam sakininin nəşi tapılıb
Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib
26 Dekabr 2019 14:37
1 736
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə dərman preparatları və kosmetik vasitələrin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdikləri “Mercedes Benz Viano” və “Mercedes Benz Vito 111 CDI” markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib. Yoxlama zamanı hər iki avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan 100 ədəd üzərində “Fenazepam 1 mq” adlı dərman preparatı və 45 ədəd müxtəlif markalı krem aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
