SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edir
WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək
İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-a göndərdiyini bildirir
Hadrut və Tuğda yenidənqurma işləri ilə bağlı iclas keçirilib, tapşırıqlar verilib
WUF13-lə bağlı müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
10 Mart 2020 12:53
1 729
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə reabilitasiya infrastrukturu ilə yanaşı, sosial xidmət müəssisələrinin də müasir tələblərə uyğun qurulması əsas fəaliyyət istiqamətlərindən biridir.
Nazirlikdən verilən məlumata görə, bu məqsədlə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda isə Nazirliyin Şamaxı və Göygöl rayonlarındakı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır.
Hər iki müəssisədə müvafiq kateqoriyadan olan əlilliyi olan şəxslərin stasionar şəraitdə reabilitasiya və abilitasiya yönümlü sosial-məişət xidmətləri ilə təminatı üçün müasir şərait yaradılacaq.
Cari il ərzində həmin sosial obyektlərin istifadəyə verilməsi planlaşdırılır.

