“Məsuliyyətsizliyimiz ölümlə nəticələnə bilər” Hadisə

“Məsuliyyətsizliyimiz ölümlə nəticələnə bilər”

Bu gündən etibarən Azərbaycanda bütün əhaliyə küçəyə çıxma qadağası qüvvəyə minib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd edək ki, vətəndaşlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər.
Hökumətin bu kimi tədbirləri əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət edir. Artıq bütün dünya bu virusun təhlükəli olduğunu anladığından daha sərt tədbirlərə əl atmaq məcburiyyətində qalıblar. Qoyulan qadağa və tövsiyələrə mütləq şəkildə əməl edilməsi vacibdir.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, bu gün bu xəstəlik bütün dünyada sürətlə yayılmaqdadır: “Azərbaycan dövləti bu virusun yayılmasının qarşısını almaq üçün operativ qərarlar qəbul edib. Ictimai iaşə obyektləri, təhsil müəssisələri və s. bağlanıb. Hazırda mərhələli şəkildə karantin şərtlərinin sərtləşməsi müşahidə edilməkdədir. Fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı da fikirlər səslənirdi. Inşallah, inanıram ki, biz bu virusa qalib gələcyik və fövqəladə vəziyyətin elanına da ehtiyac olmayacaq. Vətəndaşlarımızın böyük əksəriyyəti bu tədbirləri anlayışla qarşılayır. Məqsəd vətəndaşlarımızı, insanlarımızı qorumaqdır. Mən bunu mövcud vəziyyətdə qəbul edilən ən doğru qərar hesab edirəm”.
Onu da qeyd edək ki, təhlükəsizliyimiz və sağlamlığımız öz əlimizdədir. Bu gün koronavirus dünyanı imtahana çəkib, desək yanılmarıq. Azərbaycan vətəndaşları bu imtahandan üzüağ çıxmalıdır, virusa həmrəyliyimiz, birliyimizlə qalib gəlməliyik. Bunun üçün isə koronavirusun təhlükəli bir epidemiya olduğunu qəbul etmək və lazımi tədbirlərin həyata keçməsində bir-birimizə dəstək durmalıyıq.
Benelüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti Elsevər Məmmədov bildirib ki, hər bir azərbaycanlı dünyanı cənginə alan koronavirusla mübarizədə həmrəylik nümayiş etfirməlidir: "Azərbaycan hökumətinin virusla mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmalıyıq, tövsiyələrə riayət etməklə sağlamlığımızı qorumalıyıq".

Diaspor təşkilatı rəhbərinin fikrincə, imkanı çatan hər bir azərbaycanlı cənab prezidentin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməlidir: "Birlik nümayiş etdirməliyik, həm maddi, həm mənəvi müstəvidə. Tövsiyələrə sözsüz əməl edilməlidir, əks təqdirdə yoluxma və ölümlərin sayı arta bilər”.
Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədii, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnsitutunun dissertantı İradə Əlili də bu günlərdə hər bir bətəndaşı məsuliyyətli olmağa çağırıb. “Hər bir kəs düşünməli - mənim sağlam olmağım, ətrafımın sağlam olmağı deməkdir. Dahi Sokrat demişdir: “Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmayan yerdə hər şey heç nədir”.
Dünya üzrə geniş yayılmış təhlükəli (COVİD-19) koronovirus infeksiyasına ölkəmizdə də yoluxan insanlar vardır. Dövlətimiz tərəfindən ”Covid-19” pandemiyası ilə bağlı ölkə əhalisinin sağlamlığının qorunması baş verə biləcək ağır halların qarşısının alınması eləcədə, bu virusun yayılmasının məhdudlaşdırılması məqsədi ilə təxirəsalınmaz və profilaktik önləyici tədbirlər görülür.”

İradə Əlili dövlətin vətəndaşların yanında olduğunu qeyd edib. “Dövlət başçımız İlham Əliyev cənabları , Birinci vitse – prezidentimız Mehriban xanım Əliyeva hər zaman olduğu bu çətin günlərdə də xalqın vətəndaşının yanındadır və qayğısını əsirgəmirlər.
Bütün qoruyucu profilaktik tədbirlər həyata keçirilir. Ayrı-ayrı ölkələrdə bu virusun törətdiyi ağır fəsadlar, nəticələr haqqında informasiya sosial şəbəklərdə televeziya məkanlarından insanlara yetişir.
Amma bəzən müəyyən insanlar bu informasiyaya səthi yanaşır. Bir çox hallarda bəzi vətəndaşlarımız öz məsuliyyətini tam olaraq dərk etməyərək karantin rejiminə ciddi şəkildə əməl etmirlər.
Onun üçün vətəndaş cəmiyyəti olaraq hər birimiz cəmiyyətdə çevrəmizin maksimim dərəcədə maariflənməsi üçün dəstək olmalıyıq. Təmkinli, səbirli olmağa dəvət etməliyik. "Evdəqal" kampanıyasına qoşulmağa çağırmalıyıq. İnsanlar evdə qalmaqla həm öz təhlükəsizliyini, həm də ətrafın təhlükəsizliyini qorumuş olurlar.”
Bu gün bizim hər birimizdən məsuliyyət, birlik tələb olunur. Məsuliyyətsizliyimiz sağlamlığımızı təhlükəyə atmış olur, ölüm riskini reallaşdırır. Qoyulan tövsiyə və qaydalara əməl etməklə biz yalnız özümüzü yox, ətrafımızı da təhlükələrdən qorumuş oluruq.
Azərbaycan hökumətinin koronavirus təhlükəsinə qarşı həyata keçirdiyi tədbirlər kompleks xarakter daşıyır, əhalinin sağlamlığının qorunması prioritet məsələdir. Bütün cəmiyyət fəaliyyətini buna istiqamətləndirməlidir.
Birliyimizi heç bir qüvvə, heç bir virus sarsıda bilməz. Bu birlik təkcə maddi müstəvidə deyil, mənəvi müstəvidə də olmalıdır. Virusla mübarizə qarşı hökumətin tətbiq etdiyi qaydalara və tələblərə riayət edilməlidir. Bu sahədə QHT və KİV üzərinə daha böyük məsuliyyət düşür. Əhalimizi düzgün formada maarifləndirməliyik. Bu sınaqdan, imtahandan az iktisiz çıxmalıyıq.
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.