Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
13:10
371
Finlandiya Fransanın təşviq etdiyi "təkmilləşdirilmiş nüvə çəkindirməsi" layihəsinə qoşulmaq qərarına gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yelisey sarayı tərəfindən dərc edilən iki ölkə rəhbərliyinin birgə bəyanatında bildirilir.
"Bu gün Finlandiya "təkmilləşdirilmiş çəkindirmə" konsepsiyasına qoşulmaq qərarı alıb", — deyə kommunikedə qeyd olunur. — "Yaxın bir neçə ay ərzində nüvə məsələləri üzrə rəhbər qrup yaradılacaq və bu əməkdaşlığın həyata keçirilməsinə başlanacaq".
Bəyanatın mətnində bu addımın "hər iki ölkənin beynəlxalq öhdəliklərinə zidd olmadığı" iddia edilir. Yelisey sarayından bildirilib ki, bu qərar "strateji siqnalların" verilməsi üçün imkanlar açacaq, həmçinin "münaqişənin nüvə həddindən aşağı səviyyədə eskalasiyasını idarə etməyə imkan verəcək".
Məryəm Quliyeva