14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
13 Aprel 2020 17:24
2 478
Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsinin fəaliyyət göstərməsi müşahidə olunur. Onlar işini və qazancını itirmiş vətəndaşlara onlayn müraciət edilməsində ödəniş müqabilində öz xidmətlərini təklif edirlər.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. Onun sözlərinə görə, işini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meylləri qəti şəkildə pislənilir
"Bildiririk ki, bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Vətəndaşları isə belə fırıldaqçılara aldanmamağa çağırırıq".