Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
27 Aprel 2020 16:29
2 282
Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib.Videokonfransda koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verilib.
Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, qeyd edilib ki, mart ayından ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən “Microsoft Teams” və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub.
Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib.
Video konfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.
Bakı Ali Neft Məktəbinin Rektoru Elmar Qasımov konfrasda çıxışı zamanı ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb. O, bu təklifi pandemiya dövründə tədrisdə yaranan risklərin minimallaşdırması və qlobal virusdan təsirlənən tələbə ailələrinə dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib. Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.
15 Noyabr 16:55
1 022
14 Noyabr 19:54
1 540
14 Noyabr 19:10
1 652