Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
11 May 2020 13:44
2 352
REACT-C19 layihəsi davam edir.
TƏBİB-dən verilən məlumata görə, Bakıda işlərini tamamlayan dörd komanda artıq bölgələrə yola düşüb. Onlar 4 may tarixindən etibarən Gəncə, Goranboy, Ağdaş və Şəmkir olmaqla Azərbaycanın qərb bölgəsindəki 4 xəstəxanada işə başlayıblar.
Həkimlər Ümumdünya Səhiyyə Təşkilatının Xəstəxana Hazırlıq Təlimatından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti dəyərləndirməyə və aşkar olunan problemlərin aradan qaldırılmasına dəstək olmağa, xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləməyə başlayıblar.
Bununla yanaşı, həkimlər və orta tibb işçiləri üçün müxtəlif mövzularda təlimlərə start veriblər. Onlar bu 4 rayonda 2 həftə müddətində fəaliyyət göstərəcəklər, daha sonra Bakıya qayıdaraq növbəti iki həftəlik tur üçün hazırlıqlara başlayacaqlar.
10:39
917
15 May 18:39
1 386
15 May 18:37
1 288





