“Sağlamlıq yürüşü!” Hadisə

“Sağlamlıq yürüşü!”

Bakıda ürək xəstəlikləri ilə bağlı problemləri diqqətdə saxlamaq məqsədilə yürüş keçiriləcək

Səhiyyə Nazirliyi sentyabrın 27-də saat 09:00-da Dənizkənarı Milli Parkda "Sağlamlıq yürüşü!" adı altında yürüş marafonu keçirməyi planlaşdırır. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib: "Yürüşdə 500-700 nəfərin iştirak edəcəyi gözlənilir. Yürüşə Azərbaycanın ürək-damar cərrahiyyəsi sahəsində tanınmış mütəxəssisləri də qatılacaq. Belə bir yürüşün ilk dəfədir ki, keçiriləcək". Qeyd olunub ki, sentyabrın 29-ü bütün dünyada "Dünya Ürək Günü" kimi qeyd olunduğundan bu marafon ürək xəstəlikləri ilə mübarizəyə həsr olunub. İnsanları sağlam həyat tərzi aparmağa, idmanla məşğul olmağa çağıran həmin Marafonda beş yüzə yaxın insanın iştirak edəcəyi nəzərdə tutulub. Yürüş qalibləri müvafiq olaraq Səhiyyə Nazirliyi tərəfindən mükafatlandırılacaq.