Siyasi dialoq: “Bu istiqamətdə ilk addımın hakimiyyət tərəfindən atılması təqdirəlayiqdir” - QHT sədri Hadisə

Siyasi dialoq: “Bu istiqamətdə ilk addımın hakimiyyət tərəfindən atılması təqdirəlayiqdir” - QHT sədri

“Hakimiyyət və müxalifət arasında dialoq cəmiyyətin çoxdankı arzusu idi. Hər bir sağlam cəmiyyətdə belə dialoqlar, siyasi əməkdaşlıq, ümummilli və dövlətçilik məsələlərində vahid mövqe olmalıdır”.

Cebhe. info xəbər verir ki, bu sözləri “Altay” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, bütün siyasi partiyaların mövqeyi dövlətin möhkəmləndirilməsi, cəmiyyətin mənafeyinin təmin edilməsi, sosial-iqtisadi inkişafın gücləndirilməsindən ibarət olmalıdır:

“Onlar sadəcə siyasi arenada, ölkənin idarəedilməsindəki təklifləri ilə rəqabət edə bilərlər. Seçkilərlə hakimiyyətə gəlmək üçün cəmiyyətin rəğbətini qazanmağa çalışa bilərlər. Bu istiqamətdə ilk addımın hakimiyyət tərəfindən atılması təqdirəlayiqdir. Ona görə də, PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsünü və bu görüşləri təşkil etməsini müsbət qiymətləndirirəm. Xalqımız, dövlətimiz siyasi qarşıdurmaların nəyə gətirib çıxardığını öz tarixində dəfələrlə görüb və indi siyasi əməkdaşlığın, sağlam dialoqun nə qədər əhəmiyyətli olduğunu hamı yaxşı başa düşür. Ona görə də, cəmiyyətdə bu proses son dərəcə müsbət qarşılanır, çünki hər kəs əmindir ki, bu işin davam etdirilməsi həm cəmiyyət, həm də dövlət olaraq bizim xeyrimizə olacaq”.