10 İyul 2020 16:31
2 534
İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “ Azercell Telekom” MMC “Umico” ilə əməkdaşlığı çərçivəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Mobil operator iyul ayının 15-nə kimi balanslarını onlayn ödəmə (kredit və ya debet kartları ilə) və ya xüsusi ödəniş terminalları vasitəsilə artıran Fakturasız xətt abunəçilərinə 1,4% civarında keşbək hədiyyə edir.
Kampaniyadan faydalanmaq çox asandır: Android və IOS əməliyyat sistemlərini dəstəkləyən “Umico” mobil tətbiqini AppStore və ya PlayStore-dan yüklədikdən sonra müvafiq Azercell nömrəsi ilə qeydiyyatdan keçərək hər balans artırılmasından sonra 3131 qısa nömrəsindən daxil olan SMS-ə 24 saat ərzində təsdiq cavabı vermək kifayətdir.
Xatırladaq ki, Azercell müştəriləri Umico-dan istifadə edərək çoxsaylı üstünlüklərdən yararlana bilərlər. Həm Fakturasız, həm də Fakturalı Xətt istifadəçiləri tətbiqdə “Daha çox – Onlayn Xidmətlər” bölümündən istifadə edərək, topladıqları bonusları öz və ya digər Azercell abunəçisinin balansına yükləmək imkanına malikdirlər.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA