"Yersiz müzakirələr açmaqla insanları narahat etməyə dəyməz"- Qüdrət Həsənquliyev
İran Hörmüz boğazında blokadanın qaldırılması üçün ABŞ-a bir aylıq razılaşma təklif edib
Tayvan prezidenti Esvatini səfərinə başlayıb, Çin bu addımı sərt tənqid edib
“Milli Məclisin qərarı Azərbaycanın müstəqil xarici siyasət kursunun davamıdır”
10 İyul 2020 16:52
2 072
Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrilyi ilə baxılacaq.
Faiq Bağırov mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə əməllərində təqsirləndirilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2 May 11:42
1 491
2 May 11:11
1 561
2 May 10:37
1 715