14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
11 İyul 2020 16:10
2 569
Azərbaycanda yeni növ koronavirusa yoluxma sayının artması karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb oldu. Sərtləşmə zamanı isə ilk olaraq metropolitenin fəaliyyəti dayandırıldı. Bəs bu qərar avtobus sərnişin daşımalarının yekünü nə qədər artırır?
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev bildirdi ki, hazırda Bakı şəhərində ictimai nəqliyyatla bağlı verilən qərarlar Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarları deyil: "Metropolitenin fəaliyyətini dayandırması ilə bağlı qərarın ardından sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün BNA əlindən gələni edir.
Metronun bağlanmasını düzgün qərar hesab etmirəm. Çünki gediş-gəliş ehtiyacları olan böyük sayda vətəndaşlar var və onların daşınması zəruridir. Bütün sərnişinlərin isə avtobuslara yönəlməsi müəyyən sıxlıqlar yaradır ki, bu da risklidir. Bu dövrdə vətəndaşların da anlayış göstərməsi, ehtiyac olmadıqda ictimai nəqliyyatdan istifafə etməməsi önəmlidir".
Ekspert həmçinin bildirib ki, daha əvvəl nəzarət postlarının ləğv olunması ilə bağlı qərar verildi, indi isə postların yenidən bərpa olunacağı deyilir: "Məsələ burasındadır ki, pik saatlarda təkcə avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir. Bunun üçün metro lazımdır, metro da bağlıdır. BNA tərəfindən xəttə buraxılan ekspres marşrutlar isə metro stansiyaları arasında daşımaları həyata keçirir və metrodan istifadə edənlərin bu xətlərə axını sıxlıqlar yaradır. Bu, sırf BNA-nın problemi deyil. Bu gün BNA-nın fəaliyyətinin əsas məqsədi hərəkəti zəruri olan insanları mənzil başına çatdırmaqdır. Buna görə də, zəruri olmadıqca ictimai nəqliyyatdan istifadə etməyən insanlar təqdir olunmalıdır".
"Düşünürəm ki, özəl daşıyıcı şirkətlərə maliyyə yardımı edilməlidir. Bir neçə ay ərzində sərnişin sayında böyük azalma var. Bu isə özəl daşıyıcı şirkətlərin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Lakin eyni zamanda onlar tam gücü ilə çalışır və çalışmağa məcburdur. Bu da onlara maliyyə dəstəyini zəruri edir", - deyə ekspert əlavə edib.