“Yoluxmanın geniş vüsət alma ehtimalı yüksəkdir” Hadisə

“Yoluxmanın geniş vüsət alma ehtimalı yüksəkdir”

Elza Orucova: “Bütün qərarlara, tövsiyələrə, göstərişlərə hörmətlə yanaşmaıylq”

“COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükəyə düşməsi üçün əlverişli şərait yaratdı.
İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Azərbaycan Tibb Univfersitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru, infeksion xəstəliklər üzrə mütəxəssis Elza Orucova deyib. E.Orucova diqqətə çatdırıb ki, bütün dünya insanlarının ortaq düşməni olan koronavirus infeksiyasının ölkəmizdə azalmadığı bir dövrdə qeyd etdiyiniz halların gözlənilmədən baş verməsi ən yaxın günlərdə nəticə etibarı ilə epidemioloji cəhətdən öz mənfi, arzuolunmaz təsirinin büruzə verəcəyi ehtimalı yüksəkdir: “Fikrimcə, nəticənin doğurduğu səbəblərdən ən ümdəsi, "baş səbəbkarı, günahkarı" olan mənfur ermənilərin işğalçı hərəkətləri ucbatından torpaqlarımız uğrunda gedən və hazırda davam edən döyüşlərdir. Və öncə Vətən uğrunda şəhid olan döyüşçülərimizin əziz ruhları qarşısında baş əyirik! Əminəm, zəfər bizimlə olacaq!
Əbəs yerə deməyiblər ki, Allah bu dünyada 2 şeyi lazımsız yaradıb: milçəklər və ermənilər ("təbiətdə heç nə lazımsız yerə yaranmamışdır, lazımsız şey lazımlıya lazım olur" kimi fikrini məkrli ermənilərə qəti surətdə şamil etmək olmaz).
Bu hadisələrdən önçəki ən yaxın həftələrə ekskursiya etsək, həqiqəti deməliyik ki, onsuz da son hadisə kimi Tovuz döyüşlərindən əvvəl xəstəliyi ciddiyə almayıb etinasızcasına davranış göstərdilər. İnsanlarımızın bir qismi bilərəkdən və ya bilməyərəkdən, dərk edərək və ya dərk etməyərək, hətta bu xəstəliyə inanmayıb şübhə ilə yanaşaraq sosial izolyasiya qaydalarına məhdud çərçivədə də olsa riayət etmədilər. Belə ki, gizli şəkildə də olsa, yas mərasimlərində, təntənəli şənliklərdə iştirak edərək sosial məsafə gözlənilmədi, nəinki maska geyilmədi hətta onu düzgün geyilmə qaydasına əməl edilmədi. Bu da son acı nəticəyə qucaq açdı. Məhz burada bir rus deyimi özünə yer alır: "İldırım çaxmayınca kəndli fəlakətin nə olduğunu anlamır".
Bu yerdə qeyd edim ki, tibbi psixologiyada mövcud olub bir-biri ilə təzad təşkil edən, hazırda bir qrup insanın mübtəla olduğu 2 fenomendən, o cümlədən xəstəlikdən qorxma kimi nozofobiyaya (koronapsixoza) nisbətən daha təhlükəlisi xəstəliyi inkar edən anozoqnoziyadır”.
Ekspert əlavə edib ki, son günlərin də statistikasında stabillik müsahidə edilməyə başladı, hətta arada müsbət dinamika kimi sağalmışların sayı yoluxanların sayını üstələdi və bu cüzi irəliləyiş hər kəsi sevindirdi: “Əfsuslar olsun ki, hər halda istəsək də, istəməsək də gözləmədiyimiz hadisə artıq baş verdi. Bu yerdə dillər əzbəri olan və merfiologiyanın "məhək daşını" təşkil etmiş Merfi qanunu özünə kök salır: "Xoşagəlməz hadisə baş verməlidirsə, o, mütləq baş verəcək" (belə də bir fikir var ki, əgər işlər yaxşı gedirsə, ən yaxın vaxtda nəsə baş verməlidir).
Əslinə baxılırsa, iyulun 14-də baş verən hadisələr sözügedən infeksiyanın daha da geniş yayılmasına zəmin yaradacağını təxmin etmək olar, çünki bunu yoluxucu xəstəlikərin epidemioloji xüsusiyyətləri diktə edir. Düşünürəm ki, çoxminlik insanlarla aksiyaların-yürüşlərin keçirilməsi, şəhid olmuş döyüşçülərimiz, onlarla çiyin-çiyinə vuruşan general-mayorumuz və digər qəhramanlarımızın dəfn mərasimlərində kütləvi toplantı şəklində iştirakı, bu səbəbdən onların hərbçilərimizlə çox yaxın təması kimi təhrikedici faktorlar yoluxmanın geniş vüsət almasına yol aça bilər. Bir də ki, bu zaman milli-mənəvi dəyərlərimizdən də yan ötüşmək olmur. Bu təqdirdə heç olmazsa, sosial məsafə gözlənilərdi, bu da mövcud şəraitdə mümkün deyilsə, iştirak edənlər daha çox etibarlı qoruyucu vasitə olan tibbi maskaları geyərdilər (bəziləri görüntü xatirinə bunu etmişdilər).
Əsgərlərimizin mütəşşəkil müəssisələrdə-kazarmalarda yaşaması, bir-birlərinə məsafəcə sıx təması, eyni zamanda, xəstəliyin də əsasən hava-damcı üsulu ilə yayılması və kontagiozluğunun, yəni yoluxdurucu qabiliyyətinin yüksək olması sayəsində 1-2 nəfərin yoluxması bütün ordunun yoluxmasına gətirib çıxara bilməsi istisna edilmir.
Bu yerdə əlavə də olsa, mühüm cəhəti vurğulamaq istəyirəm. Hamıya bəllidir ki, COVID-19 yeni bir infekiya kimi bəşəriyyətə məlum olduğu andan hazıra kimi onun bütün bölümləri tam, müfəssəl, dəqiq tədqiq edilməyib. Epidemioloji baxımdan yoluxmanın artım sürətinə dair də düzgün proqnoz vermək olmur. Çünki kəskin respirator virus infeksiyasının bir nümayəndəsi kimi ona xas olmayan yay mövsümündə də yayılma sürətinin artımı başa düşülən deyil, araşdırmalara zərurət var.
Maraqlısı budur ki, hələ də elə infeksion xəstəliklər var ki, qədimdən tibb aləminə bəllidir, lakin indiyə kimi onların kölgəli tərəfləri çoxdur, necə deyərlər, "məlumun naməlum xassələri" kimi və ya "o şey ki, aşikardır, onda da gizli bir şey vardır".
Bununla belə, mən nikbinəm, nikbinəm ona görə ki, sosial qanunauyğunluqlar və ya həyatın qəribəlikıəri, yaxud da yazılmış qanunlarla yanaşı, yazılmamış qanunlar var. Merfi qanununun əksinə Fetric qanunu kimi: "mütləq baş verməli olan hadisə baş vermir, xüsusən bu hadisəni əvvəlcədən müşahidə edəndə".
İnkar edilməz faktdır ki, yayın bu isti günlərində şəhər mühitində 2 günlük evdə qapanmalar da daxil olmaqla sərt karantin tədbirləri şəraitində yaşamaq olduqca çətindir (təmiz hava görmədən, dəniz sahilində gəzmədən, günəşdən qaralma olmadan, hipodinamika, yeknəsəq həyat və bu kimi diğər amillərin immun qabiliyyətimizi xeyli aşağı salması).
Etiraf edək ki, həyatımız bu qədər cansıxıcı olmayıb. Buna rəğmən, həyatımızın qaçılmaz olan bu parçasını müvəqqəti, ötücü bir epizodik hal kimi dəyənləndirirəm.
Bir işin xeyri zərərindən çoxdursa, ona prioritet verilməlidir. Bu mənada səbr və dözüm nümayiş etdirib dövlətimiz tərəfindən qəbul edilən bütün qərarlara, tövsiyələrə, göstərişlərə hörmətlə yanaşmaıylq, bu yanaşma da qarşılıqlı olmalıdır və əslində sözsüz icra edilməlidir. Dövlətimiz üçün öncə bütün əhalinin sağlamlığı əsasdır, insanların sağlamlığı hər şeydən üstündür. Əbəs yerə deməyiblər, "həyatın şirinliyi insanın sağlamlığındadır". Şirin həyatı kim sevməz ki?! Qoy həyatınız bu sayaq şirin olsun”.

Əli Zülfüqaroğlu