“Əsas məqsəd Türk dövlətlərinin malik olduğu potensialı ortaq imkanlara çevirməkdir”
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
29 Avqust 2020 12:06
4 438
Seroloji testlər mikroorqanizmlərin törətdiyi xəstəliklərdə istifadə edilir.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
Onun sözlərinə görə, bu testlərlə qanda anticismlər aşkar edilir: "Anticisim testi ilə biz aşkar edə bilirik ki, kim bu xəstəliyi keçirib. Bu bir növ pronostik əhəmiyyət kəsb edir. Bu test könüllülük əsasında keçirilir. Amma hər şəxsdə deyil. Biz bilsək ki, əhalinin 90 faizi bu xəstəliyi keçirib, karantin rejimini daha da yumşalda bilərik. Əgər nəticə əldə edilsə ki, əhalinin 20-30 faizi bu xəstəliyi keçirib, o halda biz karantin rejimini sərtləşdirmək məcburiyyətində qalacağıq. Yəni biz bu testlərlə əhalinin hansı faizinin bu virusa yoluxub sağaldığını müəyyən edəcəyik".