Deputat: Ermənistan döyüşdə uduzduqca aqressiyası artır Hadisə

Deputat: Ermənistan döyüşdə uduzduqca aqressiyası artır

Ermənistan döyüşdə uduzduqca onun mülki əhaliyə, strateji əhəmiyyətli obyektlərə qarşı aqressiyası da artır.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın hərbi gücünə cavab vermək əvəzinə özünün hərbi resurslarını cəbhəyani bölgədə yerləşən yaşayış məntəqələrinə, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərə qarşı yönəldir:

“Son günlərdə hətta cəbhədən uzaq olan Mingəçevir, Gəncə, Xızı rayonuna top mərmiləri atır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kasset bombalarla atəşə tutulur. Bu, onu göstərir ki, Ermənistan Azərbacan cəmiyyətində bir qorxu yaratmağa çalışır, vətəndaşlarımızı orduya dəstəkdən imtina etməyə çağırır. Amma bu, baş verən deyil, bu hadisələrin heç biri Azərbaycan vətəndaşını qorxuda bilməz”.

Deputat qeyd edib ki, Ermənistan bu addımları ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu açıq şəkildə nümayiş etdirir.

A.Mirzəzadə qeyd edib ki, onun dinc vətəndaşa qarşı bu cür aqressiv hərəkətləri Ermənistan tarixinin ən qara səhifələrindən biri kimi yadda qalacaq.