AVCİYA Xaçmazda regional seminar keçirib Hadisə

AVCİYA Xaçmazda regional seminar keçirib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar regionlarada seminarlara start verdi.
AVCİYA-dan APA-ya daxil olan məlumata görə, ilk seminar AVCİYA-nın Xaçmaz regional ofisində keçirilib. Seminarda respublikanın şimal bölgəsi rayonlarının sakinləri iştirak ediblər. Tədbirdə AVCİYA Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib.
Məruzəçi Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə haqqında beynəlxalq təcrübə və digər məsələlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə AVCİYA-nın Xaçmaz regional ofisinin rəhbəri Solmaz Rzayeva bələdiyyə seçkiləri ərəfəsi şimal bölgəsindəki mövcud vəziyyət barədə geniş məlumat verib.
Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, regionun sosial problemləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə AVCİYA təmsilçisi Anar Şirinov və assosiasiyanın digər nümayəndələri iştirak edib.