“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
29 Dekabr 2020 11:57
2 562
Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri vahid fondda cəmləşdirilir. Layihəyə əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri Dövlət Sosial Müdafiə Fondunda cəmləşdiriləcək. Dövlət Sosial Müdafiə Fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.
Qeyd edək ki, indiyə qədər olduğu kimi dəyişiklikdən sonra da Dövlət Sosial Müdafiə Fondunda cəmləşdirilən məcburi dövlət sosial sığortası sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilməyəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
09:46
1 183
19 Mart 17:13
1 491
19 Mart 17:10
1 526