Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
16 Yanvar 2021 12:11
1 953
Yoluxanların sayının azalması test sayının azalması ilə bağlı deyil, buna şübhə yaranmamalıdır.
bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda aktiv xəstə sayı 9700-dən çoxdur.
Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxmaların sayı azalıb, sağalanların sayı artıb. Artıq yeni yoluxanlarla sağalanların sayı arasında 3-4 dəfə fərq var: “Bu, bizim üçün çox önəmlidir. Sərtləşdirilmiş karantin rejimi reanimasiya şöbələrindəki dolu çarpayıların sayının azalmasına səbəb olub”.
Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib: ”Bu, karantin rejiminin sərtləşdirilməsi və vətəndaşların qaydalara daha yaxşı əməl etməsinin nəticəsidir. Vətəndaşlar qaydalara ciddi şəkildə riayət edirlər”.