Rusiyadan Azərbaycana gələnlərin sayı çoxalıb Hadisə

Rusiyadan Azərbaycana gələnlərin sayı çoxalıb

Elyar Muradov: "Artımın böyük köçün əlaməti, yoxsa Yeni il bayramı ilə əlaqədar olduğunu təyin etmək çox çətindir"

"Rusiyadan gəlmək üçün nəqliyyat vasitəsi olaraq qatarı seçən soydaşlarımızın sayında artım müşahidə olunur. Lakin bu artımın böyük köçün əlaməti, yoxsa Yeni il bayramı ilə əlaqədar olduğunu təyin etmək çox çətindir".
Bunu Rusiyada iqtisadi durumun ağırlaşması ilə əlaqədar çox sayda azərbaycanlının ölkəni tərk etdiyinə dair xəbərlərə münasibət bildirən Dövlət Dəmir Yolunun sərnişindaşima departamentinin müdiri Elyar Muradov İnterpress.az-a açıqlamasında deyib.
Departament rəhbərinin sözlərinə görə, Rusiyadan Azərbaycana olduğu kimi, burdan da əks istiqamətə sərnişin axını var: "Rusiyadan gələnlərin say artımının bayramla, yoxsa başqa səbəblə bağlı olmasını ancaq yanvarın 10-dan etibarən müəyyən etmək mümkün olacaq. İndi Azərbaycandan da əks istiqamətə sərnişin sıxlığı var. Bu gün Rusiya istiqamətinə biletlər 100 faiz satılıb. Bu da bayramla əlaqədardır".
Qeyd edəık ki, DDY Rusiya istiqamətinə gedən qatarlara əlavə vaqonlar qoşmaq niyyətində deyil. Yerli istiqamətlərə gedən qatarlara isə dekabrın 29-dan etibarən əlavə vaqonlar qoşulacaq.