“Xəzər” televiziyasında manatı cıran aparıcı və rejissor cəzalandırıldı Hadisə

“Xəzər” televiziyasında manatı cıran aparıcı və rejissor cəzalandırıldı

"Aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıb və baş verənlərə görə tamaşaçılardan üzr istəyirik".
Bunu Modern.az-a açıqlamasında "Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal bildirib. "Xəzər" televiziyası 2007-ci ildə "Ailənizin Xəzəri " devizi altında yayıma başlayıb və qısa müddətdə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy- kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir".
O qeyd edib ki, ötən gün "Xəzər" televiziyasında yayımlanan "Hər şey daxil" verilişində arzuolunmaz hal baş verib: "Belə ki, aparıcı ifa etdiyi "Borc ver" mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari milli valyutamız olan manatı cırıb.
Məsələ ilə bağlı "Xəzər" televiziyası rəhbərliyi dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib, və əməkdaşlar cəzalandırılıb".