
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə aprelin 13-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən APA-ya verilən məlumata görə, saat 11:00-da başlayan və 3 saat davam edən imtahan DİM-in binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılıb.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda iştirak etmək üçün 60 namizəd qeydiyyatdan keçib. 7 namizəd imtahana gəlməyib. 28 namizəd müsabiqə şərtini ödəyərək – 55 və daha yüksək bal toplamaqla ikinci mərhələyə – müsahibəyə buraxılıb. Ən yüksək nəticə toplanıla biləcək 90 baldan 76.0 bal olub.