Türkiyədə FETÖ ilə bağlı əməliyyatlarda 21 nəfər saxlanılıb Dünya

Türkiyədə FETÖ ilə bağlı əməliyyatlarda 21 nəfər saxlanılıb

Ankara Baş Prokurorluğu FETÖ təşkilatının fəaliyyəti ilə bağlı iki ayrı araşdırma çərçivəsində 21 şübhəli şəxsin həbsinə qərar verib. Onların hamısı saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə prokurorluğa istinadən "TRT Haber" məlumat yayıb.

Birinci araşdırma təşkilatın dövlət qurumlarındakı sözdə "sui-qəsd strukturları" ilə bağlıdır. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin Ankara və daha doqquz əyalətdə eyni vaxtda keçirdiyi əməliyyat zamanı 14 şübhəli şəxs saxlanılıb.

İkinci iş isə FETÖ-nün maliyyə fəaliyyəti ilə bağlıdır. İstintaqın versiyasına görə, 11 nəfər təşkilat üzvlərinə maliyyə dəstəyi göstərib və qanunsuz fəaliyyətini davam etdirib. Onlardan yeddisi saxlanılıb, daha dörd nəfərin isə axtarışları davam etdirilir.

Prokurorluqdan hər iki iş üzrə istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.

Məryəm Quliyeva