“Əsas məqsəd Türk dövlətlərinin malik olduğu potensialı ortaq imkanlara çevirməkdir”
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
19 Aprel 2021 13:23
2 170
Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə ictimai nəqliyyat sektorunda hərəkətin əsas təminatçılarının vaksinasiyasını davam etdirir.
Agentlikdən verilən məlumata görə, ümumilikdə 1600 nəfərdən artıq əməkdaşın peyvənd olunması nəzərdə tutulub. Onlardan bir qismi artıq peyvəndin hər iki dozasını alıb.
"Əməkdaşlara Çin istehsalı olan “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulur. Həyati əhəmiyyətli sahə olaraq sərnişindaşımalarda dayanıqlılığın təmin olunması baxımından vacib məsələlərdən biri də əməkdaşların sağlamlığının qorunmasıdır. Bunu nəzərə alaraq koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün ardıcıl qabaqlayıcı tədbirlər görülür. Bunun sayəsində pandemiya ərzində hər hansı bir marşrut xəttinin və ya istehsalat bazasının yoluxma səbəbindən fəaliyyətinin dayandırılması riski yaranmayıb".